“Günay Sığorta” ötən ili zərərlə başa vurub

“Günay Sığorta” ötən ili zərərlə başa vurub
# 29 mart 2023 11:48 (UTC +04:00)

“Günay Sığorta” ASC 2022-ci ili 1 milyon 227.5 min manat xalis zərərlə başa vurub. Sığorta şirkəti 2021-ci ildə 1 milyon 125 min manat xalis zərər açıqlamışdı.

"APA-Economics" bu barədə sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Günay Sığorta” ASC nın əsas əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 18,6% azalaraq 7 milyon 964,8 min manat, birbaşa toplanan sığorta haqqları isə 18.8% azalaraq 7 milyon 936,4 min manat təşkil edib.

Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 57.7% azalaraq 177.2 min manata enib, subroqasiya gəlirləri 66,3% artaraq 231.2 min manata yüksəlib, sair gəlirləri isə 17.6% azalaraq 609.7 min manat olub. “Günay Sığorta” ASC cəmi gəlirləri 8 milyon 693.7 min manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 16.2% azdır.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 13.7% azalaraq 4 milyon 698.6 min manata, o cümlədən sığorta ödənişləri 6.6% azalaraq 3 milyon 819.1 min manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 60% azalaraq 179.5 min manata, işləri aparılması xərcləri 12.7% azalaraq 5 milyon 73.1 min manata bərabər olub. “Günay Sığorta” ASC-nin cəmi xərcləri isə 9 milyon 921.3 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 13.8% azdır. Başqa sözlə, sığorta şirkətinin cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən şirkətin maliyyə zərəri 1 milyon 227.5 min manata çatıb. 2021-ci ildə isə sığorta şirkəti 1 milyon 125 min manat maliyyə zərəri əldə etmişdi.

Cari ilin yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 0.2% azalaraq 16 milyon 322.6 min manata, cəmi öhdəlikləri 5.4% azalaraq 7 milyon 77.7 min manata enib, cəmi kapitalı isə 4.2% artaraq 9 milyon 244.9 min manata bərabər olub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR