Prezident İlham Əliyev “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın yeni redaksiyada təsdiq edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, siyahıya 37 ölkə və ərazi daxil edilib.
Həmin ölkə və ərazilər aşağıdakılardır:
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Beliz
8. Bermud
9. Britaniya Vircin adaları
10. Cersi
11. Cəbəlüttariq
12. Dominika
13. Fici
14. Honq-Konq (ÇXR)
15. Kabo Verde
16. Kayman adaları
17. Kuk adaları
18. Qrenada
19. Liberiya
20. Lixtenşteyn
21. Maldiv adaları
22. Marşal adaları
23. Monako
24. Montserrat
25. Niue
26. Palau
27. Panama
28. Samoa
29. Sent Lusiya
30. Sent Vinsent və Qrenadin
31. Sent-Kits və Nevis
32. Tailand
33. Tayvan (ÇXR)
34. Törks və Kaykos adaları
35. Trinidad və Tobaqo
36. Vanuatu
37. Vircin adaları (ABŞ)
Qeyd edək ki, Prezident İlham Əliyevin “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında”11 iyul 2017-ci il tarixli fərmanına əsasən, siyahıya 40 ölkə və ərazi daxil edilmişdi. Həmin ölkə və ərazilər aşağıdakılar idi:
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Antil Adaları (Niderland)
6. Baham Adaları
7. Bəhreyn
8. Bermud Adaları
9. Britaniya Vircin Adaları
10. Beliz
11. Barbados
12. Cəbəllütariq
13. Cersi
14. Dominika
15. Honkonq (Çin)
16. Kayman Adaları
17. Kuk Adaları
18. Kosta-Rika
19. Qernsi
20. Qrenada
21. Liberiya
22. Lixtenşteyn
23. Maldiv Adaları
24. Men Adaları
25. Marşal Adaları
26. Montserrat
27. Monako
28. Makao (Çin)
29. Nauru
30. Niue
31. Panama
32. Palau
33. Seyşel Adaları
34. Sent Kits və Nevis
35. Samoa
36. Sent Vinsent və Qrenadin
37. Sent Lusiya
38. Törks və Kaykos Adaları
39. Vanuatu
40. Vircin Adaları (ABŞ)
Beləliklə, güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısından 8 ölkə və ərazi (Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları çıxarılıb), 5 ölkə və ərazi (Fici, Kabo Verde, Tailand, Tayvan (ÇXR), Trinidad və Tobaqo) yeni siyahıya daxil edilib.