Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb

Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb
# 12 sentyabr 2024 17:38 (UTC +04:00)

2024-cü ilin hesabat dövrü üzrə icra olunmuş Naxçıvan Muxtar Respublikasında büdcəsi xərclərinin 65,8%-ni əhatə edən hesabatlar üzləşdirilməklə təhlil edilmiş, bəzi hallarda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar müəyyən edilib.

Bu barədə “APA-Economics”ə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Hesablama Palatası tərəfindən təhlil zamanı 47 qurum üzrə 126,2 mln. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş hesabatlar nəzərdən keçirilmişdir ki, bu da hesabat dövrü ərzində icra edilmiş Naxçıvan Muxtar Respublikası büdcə xərclərinin 65,8%-ni təşkil edir.

Aparılmış analitik prosedurlarla qurumlar tərəfindən büdcə təşkilatlarının vəsaitlərinin icrası ilə bağlı təqdim olunan hesabatların müvafiq icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi nəticəsində kənarlaşmalar müəyyən edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş hesabatlarda məktəbəqədər təhsil paraqrafı üzrə 374,5 min manat, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabatlarda sanitar-epidemioloji xidmətlər paraqrafı üzrə 30,4 min manat, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş hesabatlara əsasən 182,1 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş hesabatlara əsasən “Sosial Müdafiə və Sosial Təminat sahələri üzrə digər müəssisə və tədbirlər” paraqrafı üzrə ümumilikdə 572,2 min manat fərq müəyyən edilmişdir ki, bu da müvafiq qurumlar tərəfindən hesabatların düzgün tərtib edilməməsi qənaətinə gəlməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR