Müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib.
APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ni təqdim edərkən bildirib.
Vüqar Gülməmmədov deyib ki, dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir. Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir: “2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddinə çataraq 39,2 mlrd. manat təşkil edib. Gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 mlrd. manat olub. Lakin xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il 93,2% nisbətində müşahidə edilib, proqnozla müqayisədə büdcə xərcləri 2803,0 mln.manat az icra edilib. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir edib. Nəticədə dövlət büdcəsində 3 mlrd. manatlıq proqnozlaşdırılan kəsir 580 mln. manatlıq profisitlə əvəz edilib”.
Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, icmal büdcədə də 2025-ci ildə profisit müşahidə edilib: “Bu göstərici müvafiq olaraq 3355,1 mln.manat və ya ÜDM-in 2,6% nisbətində olub. Profisitin yaranmasının mənbəyi dövlət büdcəsi ilə yanaşı Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsində yaranan büdcə artıqlığıdır. Beləliklə, müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib”.
Hesablama Palatasının sədri nəzərə çatdıırb ki, hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub: “Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9% azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənməyib. Hesablama Palatası olaraq büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edirik”.
Hesablama Palatasının sədri: İlk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib
Maliyyə
Yaşayış maliyyəsi alətləri barədə təlim keçirilib
I yarımildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,4 mlrd. manatı ötüb
Azərbaycanın daxili dövlət borcu 7% azalıb
Bu ilin ilk yarısında ehtiyat fondlarından ayrılan vəsaitin məbləği açıqlanıb
Xəbər Lenti
KİV: İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizlə bağlı müzakirə aparır
İsrail HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Rusiyada Ukraynanın dron hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb
Afrikada xroniki aclıqdan əziyyət çəkən insanların sayı 309 milyona çatıb
Rusiya Ermənistandan 39000-dən çox qızılgülün qanunsuz idxalının qarşısını alıb
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
Putinlə Paşinyanın telefon danışığında Aİİ ilə bağlı Ermənistanda tezliklə referendum keçirilməsinin vacibliyi vurğulanıb
Qəribabadi: ABŞ-ın təqdim etdiyi planda ifrat tələblər əks olunmuşdu
Zelenski Britaniyanın Baş naziri ilə Ukraynanın müdafiəsi məsələsini müzakirə edib
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
Paşinyan və Putin arasında telefon danışığı olub
Daşkəsəndə maşın aşıb, xəsarət alanlar var
Ukrayna qüvvələri Kerçə zərbə endirib, 10 nəfər yaralanıb
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib - VİDEO
Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır: Afrika dövlətlərinə qarşı selektiv yanaşma var
İranda polislə terror qruplaşması arasında silahlı toqquşma olub, 4 nəfər öldürülüb
Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb
Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb
Bakıda güclü külək nəticəsində xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB-2
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
Qubada yol qəzasında bir nəfər ölüb
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib
İran niyə AzTV-ni düşmən media elan etdi? - VİDEO
Rumıniya Moskvadakı səfirini geri çağırıb
"Toplum TV" işi üzrə hökm oxunub
Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
İnnovasiya ekosisteminin maliyyə əlçatanlığının genişləndirilməsi məqsədilə hazırlanan qanun layihələri təsdiqlənib
"Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Ukrayna XİN başçısı İranın təhdidlərinə cavab verib: Tehran Ukraynaya qarşı təcavüzün şərikidir
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib
Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
Lerikdə 9 kiloqram narkotik aşkarlanıb
MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb
Hövsanda dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib, 13 yaşlı qızın meyiti sudan çıxarılıb
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb
Tehranın İstiqlal hotelində yanğın baş verib, 7 nəfər tüstüdən zəhərlənib
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
İordaniya hava məkanına daxil olan iki PUA-nı vurub
Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan xarici işlər nazirinə təqdim edib