Bank Of Baku

Hesablama Palatasının sədri: Naxçıvanda aparılan yoxlamalar başa çatmayıb

Hesablama Palatasının sədri: Naxçıvanda aparılan yoxlamalar başa çatmayıb
# 22 fevral 2023 17:24 (UTC +04:00)

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar hələlik başa çatmayıb.

Bunu “APA-Economics”ə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, hazırda Palatanın Naxçıvanın bir qurumunda yoxlamaları davam edir.

“Yoxlamalar bitəndən sonra onun nəticələri barədə geniş məlumat veriləcək”, - Vüqar Gülməmmədov əlavə edib.

Qeyd edək ki, fevralın 15-dən Hesablama Palatası tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında maliyyə yoxlaması aparıldığı barədə məlumat verilmişdi. Hava limanının direktor müavini Rafael İbrahimov “APA”ya açıqlamasında yoxlamaların mart ayının 18-dək davam edəcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR