Bank Of Baku

HP: Bu il vahid xəzinə hesabından yerli banklara 2,5 mlrd. manat depozit yerləşdirilib

HP: Bu il vahid xəzinə hesabından yerli banklara 2,5 mlrd. manat depozit yerləşdirilib
# 08 sentyabr 2025 17:07 (UTC +04:00)

Bu ilin iyulun 1-nə yerli banklarda vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.

Qeyd edilib ki, bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərib, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb. Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 mln. manat proqnoza qarşı 23,4 mln. manat icra edilib ki, bunun da 14,6 mln. manatı əvvəlki ildə DNF-ə idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (DNF-in məlumatlarına əsasən).

Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10,0 mln. manat təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR