Bank Of Baku

HSBC 10 minədək işçisini ixtisar etmək niyyətindədir

HSBC 10 minədək işçisini ixtisar etmək niyyətindədir
# 07 oktyabr 2019 10:02 (UTC +04:00)

Böyük Britaniyanın HSBC bankı xərclərin azaldılması proqramı çərçivəsində 10 minə qədər işçisini ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Financial Times"a istinadən verdiyi məlumata görə, ixtisarların ilk növbədə bankın Avropadakı əməkdaşlarını əhatə edəcəyi gözlənilir.

Bundan əvvəl aşağı faiz dərəcələri, ticarət münaqişələri və "Brexit" şərtləri ilə bağlı qeyri-müəyyənliyə səbəb olan çətin vəziyyətə cavab olaraq bank 4,7 min işçisini ixtisar etməyi haqqında planlarını açıqlamışdı.

Qeyd edək ki, hazırda bankın işçilərinin ümumi sayı 238 min nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR