Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu (İKZF) tərəfindən verilən ipoteka kreditləri üzrə oktyabrın 1-nə olan göstəriciləri açıqlanıb.
“APA-Economics”in İKZF-yə istinadən verdiyi məlumata görə, 01.10.2019-cu il tarixinə Fond tərəfindən verilən ipoteka kreditlərinin sayı 26 999, məbləği isə 1 335 831 530 manat təşkil edib.
Sözügedən tarixə İKZF tərəfindən zəmanət və subsidiya üzrə verilmiş kreditlərin həcmi 41 759 000 manata bərabər olub.