Bank Of Baku

I yarımildə dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb

I yarımildə dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb
# 30 iyul 2026 11:21 (UTC +04:00)

2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.

Eyni zamanda 1.971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.

Hesabat tarixinə dövriyyədə olan 7.234,6 milyon manat məbləğində dövlət qiymətli kağızların 51,6 faizi 5 ilədək, 48,4 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.

2025-ci ildə ortamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması, cari ilin 1 iyul tarixinə qısamüddətli dövlət istiqrazlarının ödənilərək dövriyyədən çıxarılması və daxili maliyyə bazarında uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) artaraq 3,86 il təşkil etməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR