Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 802,2 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 538,9 mln. manat və ya 23,8%, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 mln. manat və ya 34,4% çoxdur.
"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin vəsaitin 80,%-i və yaxud 2 244,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737,7 mln. manat və ya 49% faiz çox olub.