İnarə Vəliyeva: Azərbaycanda ikinci vençur fondu yaradılacaq

İnarə Vəliyeva: Azərbaycanda ikinci vençur fondu yaradılacaq
# 15 may 2024 10:24 (UTC +04:00)

Azərbaycanda ikinci vençur fondunun yaradılması ilə bağlı aktiv iş gedir.

APA-Economics” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Fintex Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla belə, vencur investisiyaları üçün qanunvericilik əsası yaranmalıdır.

“Bu sektora investisiyaların qoyulması üçün mələk investisiya fondları da var. Artıq 3 belə Fond ölkəmizdə fəaliyyət göstərir. Mələk investor fondlarının aktivliyi ürəyimizcə olmasa da, daha aktiv olmalarını gözləyirik. Hazırda bizim əhatə etdiyimiz startapların 30-35%-i fintex sahəsindədir. Bu da, təəcüblü deyil. Çünki indi ən aktiv sahə maliyyə sektorudur” - İnarə Vəliyeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR