Bank Of Baku

İngiltərə Bankı uçot dərəcəsini artırıb

İngiltərə Bankı uçot dərəcəsini artırıb
# 04 avqust 2022 16:15 (UTC +04:00)

İngiltərə Bankı (Bank of England) uçot dərəcəsini artırıb.

APA-Economics” xəbər verir ki, Bankın pul siyasəti komitəsi səs çoxluğu ilə faiz dərəcəsini 1,75%-ə qədər artırıb.

Bankın açıqlamasında bildirilib ki, ölkədə inflyasiya ötən ilin eyni dövrünə nisbətən 9,4% artıb. Bu isə bankın hədəflədiyi inflyasiya göstəricisindən yüksəkdir. Qeyd edilib ki, enerji qiymətlərinin artması ilə inflyasiyanın yüksəlməsi Bankın faiz dərəcəsini artırmasını zəruri edib: “Rusiyanın Ukraynaya müdaxiləsi qazın qiymətinin daha da artmasına səbəb olub. May ayından qazın qiyməti iki dəfədən çox artıb. Ümumilikdə enerji qiymətlərinin yüksək olması İngiltərədə növbəti bir neçə ay ərzində inflyasiyanı daha da yüksəldərək 13%-ə çatdıracaq. Bunu nəzərə alaraq, iqtisadiyyatın inkişafına təkan vermək, inflyasiyanı 2%-lik hədəf diapazonuna qaytarmaq üçün uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq bu ay 1,75%-ə qaldırdıq”.

Qeyd edək ki, İngiltərə Bankı 2021-ci ilin dekabr ayından etibarən faiz dərəcəsini 0,1%-dən 1,75%-ə qədər artırıb.

Xatırladaq ki, Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını sentyabrın 15-də açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR