Avropa və İngiltərədə risklər yenidən artır
"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avrozonada siyasi və iqtisadi risklərin artması, avronun 1,15$-da müqavimətlə rastlaşaraq ucuzlaşmasına səbəb olub. Beləliklə, ucuzlaşma 1,13$-a kimi sürətlənə bilər.
GBP
İngiltərədə də hökümət ətrafında təzyiqlərin artması, funt sterlinqin ucuzlaşmasına səbəb olub və burada eniş dalğası 1,35$-a kimi davam edə bilər.
TRY
USD-TRY məzənnəsi cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi 13 - 14TL aralığında dalğalanmaqdadır.
Təhlillər isə lirənin bahalaşa biləcəyi, USD-TRY məzənnəsinin enəcəyi istiqamətindədir.
OIL
Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, "Brent"in bir barelinin 93$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbin də yüksək qalmasına səbəb olur. Beləliklə, 1 823$-ın (58,6$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1 845$-a (59,3$/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.