Bank Of Baku

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil®

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil®
# 11 aprel 2022 11:43 (UTC +04:00)

Avro, funt, qızıl və neft ucuzlaşmaqda

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonada risklərin artması xəbərləri EUR-USD məzənnəsinin ucuzlaşmaqda davam etməsinə səbəb olur və trend 1.07$-a kimi davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Almaniya iqtisadiyyatında inkişaf perspektivlərini ölçən "ZEW" indeksi və saat 16:30-da ABŞ-dan inflyasiya göstəricilərinin dərci də investorların diqqət mərkəzindədir.

GBP

İngiltərə iqtisadiyyatında, xüsusilə sənaye sektorunda proqnozlaşdırılmamış geriləməyə dair statistik rəqəmlərin açıqlanması fonunda GBP-USD məzənnəsinin də təzyiq altında qalacağı düşünülür. Burada isə ucuzlaşma 1.28$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 10:00-da İngiltərədən də inflyasiya göstəriciləri yayımlanacaqdır.

TRY

USD-TRY məzənnəsi bazar ertəsi saat 11:00-da Türkiyədən açıqlanacaq işsizlik göstəriciləri öncəsi 15TL-nin altında stabil olaraq dalğalanmaqdadır. Lakin dollarla təzyiq özünü burada da göstərə bilər.

OIL

Enerji birjalarında təklifin artması ilə Brent 103$-ın altına düşüb və eniş 88$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal risklərin artdığı bir şəraitdə FED-in faiz artımı ehtimalları, qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1950$-ın (62.7 $/qram) altında qaldıqca, yenidən 1914$-a (61.5 $/qram) kimi dəyər itirə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR