Bank Of Baku

İranlı nazir ABŞ-ın Tehranı Xəzərdə blokadaya məruz qoymasına dair məlumatlara münasibət bildirib

İranın iqtisadiyyat naziri Əli Mədəni-Zadə

© APA | İranın iqtisadiyyat naziri Əli Mədəni-Zadə

# 17 noyabr 2026 13:18 (UTC +04:00)

Xəzər dənizində İrana qarşı heç bir blokada baş verməyib.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın iqtisadiyyat naziri Əli Mədəni-Zadə deyib.

O, İranın Xəzər dənizində iqtisadi blokadaya məruz qalması barədə yayılan məlumatları təkzib edib.

Nazir İranın Xəzər dənizi üzərindən iqtisadi əlaqələrinin yaxşı inkişaf etdiyini, ticarətin isə əhəmiyyətli dərəcədə artdığını bildirib.

İranın iqtisadi əlaqələrin asanlaşdırılması məqsədilə ölkə sərhədlərinə xüsusi diqqət yetirdiyini vurğulayan Əli Mədəni-Zadə vurğulayıb ki, Gömrük İdarəsinin rəhbərinə ölkənin bütün əsas sərhəd-keçid məntəqələrinə və gömrük məntəqələrinə səfər etmək tapşırılıb.

Onun sözlərinə görə, həmin məntəqələrdəki problemlər hərtərəfli araşdırılıb. Belə ki, ticarətin asanlaşdırılması, habelə genişləndirilməsi məqsədilə problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

İqtisadiyyat naziri qeyd edib ki, İranın cənubunda dəniz sərhədlərinin bağlanması nəticəsində yükdaşımalar və nəqliyyat axınının bir hissəsi quru və şimal sərhədlərinə yönəlib. Bu isə həmin sərhəd-keçid məntəqələrində sıxlığa səbəb olub.

Əli Mədəni-Zadə əlavə edib ki, hazırda həyata keçirilən tədbirlər yaranmış vəziyyətin aradan qaldırılmasına yönəlib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın İranın blokadasını quru sərhədlərinə və Xəzər dənizinə qədər genişləndirəcəyinə dair məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR