Paşha Bank
Bank Of Baku

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman

© APA | Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman

# 17 noyabr 2026 11:25 (UTC +04:00)

Uzunmüddətli dostlar və strateji tərəfdaşlar kimi Böyük Britaniya ilə Azərbaycan bu gün dünyanın üzləşdiyi bir çox çağırışa eyni mövqedən yanaşır və onların həlli üçün birlikdə çalışır.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqelərimiz üst-üstə düşür. Azərbaycanın Ukraynaya davamlı dəstəyini alqışlayırıq. Böyük Britaniya Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək”, - səfir bildirib.

O, həmçinin, ölkələrimizin İrandakı münaqişənin sona çatması və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının tam şəkildə yenidən açılması istiqamətində diplomatik səylərin nəticə verməsini istədiyini qeyd edib: “Gərginliyin azaldılması və boğazın tam açılması üçün tərəfdaşlarımızla işləməyə davam edirik. Bizə daha yaxın olan Cənubi Qafqazda isə ötən il ərzində sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bura “Sülh Körpüsü” təşəbbüsü, sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də “AzerTelecom” və “Telecom Armenia” arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır”.

Britaniya səfiri vurğulayıb ki, Cənubi Qafqazın daha sülhsevər gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zaman olduğundan daha böyük əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR