Bank Of Baku

Azərbaycan və Polşa MN arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Polşa MN arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
# 17 noyabr 2026 12:37 (UTC +04:00)

Azərbaycan ilə Polşa Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin nümayəndə heyəti Polşada rəsmi səfərdə olub.

MN-dən APA-ya verilən xəbərə görə, Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Tibb Xidməti Departamentində keçirilən görüşdə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Varşava Hərbi Tibb İnstitutunda, Lodz Hərbi Tibb Akademiyasında və Hərbi Aviasiya Təbabəti İnstitutunda olub. Görüşlər zamanı hərbi tibb kadrlarının hazırlanması, müasir tibbi infrastruktur, ixtisasartırma proqramları və aviasiya təbabəti sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, səfər iki ölkənin hərbi tibb sahəsində əməkdaşlığının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR