Bank Of Baku

"JPMorgan" Avropadakı biznesini birləşdirib

"JPMorgan" Avropadakı biznesini birləşdirib
# 24 yanvar 2022 18:10 (UTC +04:00)

ABŞ-ın transmilli investisiya bankı "JPMorgan Chase & Co." Avropa İttifaqındakı biznes əməliyyatlarını konsolidasiya edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "JPMorgan"ın Lüksemburq bölməsi ("J.P. Morgan Bank Luxembourg SA") və İrlandiya filialı ("J.P. Morgan Bank (Ireland) PLC") Almaniyanın Frankfurt-Mayn şəhərində qeydiyyatdan keçmiş "J.P. Morgan SE" adlı hüquqi şəxsin bir hissəsi oldu. Avropa biznesinə bankın Avropa, Yaxın Şərq və Afrikadakı əməliyyatlarını birləşdirən daha geniş bölmənin idarəedici komitəsinə daxil olan Stefan Ber rəhbərlik edəcək.

"J.P. Morgan SE" yenidən təşkil edildikdən sonra, 34 mlrd. avroluq kapitallaşma ilə Almaniyanın beşinci ən böyük bankı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR