“Kapital Bank” yeni açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalını istifadəyə verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni portal vasitəsilə sahibkarlar və şirkətlər öz sistemləri ilə Kapital Bank arasında inteqrasiyanı təmin edərək, bizneslərini və bank əməliyyatlarını rahat şəkildə bir mənbədən idarə edə biləcəklər.
Biznes sahibləri “Kapital Bank”ın API portalını öz sistemlərinə qoşmaqla, hesab üzrə qalıq sorğusu, çıxarışlar, ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı kartlarının sifarişləri və mədaxillər, həmçinin bu kimi digər xidmətlərdən öz proqram təminatlarında faydalanmaq imkanını əldə edirlər. “Kapital Bank”ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz şəkildə təklif olunur. APİ məhsullar haqda məlumat əldə etmək üçün http://api.kapitalbank.az/ linkinə keçid etmək lazımdır.
Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur.
“Kapital Bank” sahibkarlara və şirkətlərə yeni API portalını təqdim edib
20 aprel 2022 10:41 (UTC +04:00)
Maliyyə
Kapital Bank-ın Laçın filialının açılışı baş tutub
17:45
7 may 2024
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024