Bank Of Baku

Komitə: "Bank Standard" üzrə qaytarılan kreditlərin həcmi 70 mln. manatı üstələyir

Komitə: "Bank Standard" üzrə qaytarılan kreditlərin həcmi 70 mln. manatı üstələyir
# 24 sentyabr 2019 17:37 (UTC +04:00)

Ləğv prosesində olan "Bank Standard" QSC üzrə qaytarılan kreditlərin həcmi 70 mln. manatı üstələyir.

"APA-Economics"in məlumatına görə, bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF – Azerbaijan Deposit Insurance Fund) icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Vüqar Abdullayev deyib.

Onun sözlərinə görə, əlavə olaraq balansda 60 mln. manatdan yuxarı əmlak mövcuddur.

"Ümumilikdə, "Bank Standard" üzrə 18 mindən çox kreditlər var. Onlardan 6 mini icra statusundadır. Bundan başqa, 2 mini hüquq, qalanları isə kredit statusundadır", - deyə V. Abdullayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR