"Kredaqro" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manatlıq istiqraz buraxır.
"APA-Economics" BOKT-a istinadən xəbər verir ki, istiqraz buraxılışı hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd qiymətli kağızdan ibarətdir. İstiqrazların gəlirliliyi illik 11%, tədavül müddəti 18 ay təşkil edir.
Qeyd edək ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır.