Bank Of Baku

Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb

Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb
# 08 oktyabr 2025 15:00 (UTC +04:00)

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 785 milyon manatı elektron ticarət, 1 milyard 449 milyon manatı POS-terminallar, 1 milyard 16 milyon manatı bankomatlar, 238 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il sentyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 113 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR