Bank Of Baku

Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən banklara yeni cəza veriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən banklara yeni cəza veriləcək
# 13 iyun 2019 12:25 (UTC +04:00)

Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Dəyişikliklə Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: "Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimələnir.

Layihə I oxunuşda səsə qoyularaq, qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR