Bank Of Baku

Maliyyə Nazirliyi 8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyi 8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edib
# 19 sentyabr 2025 17:26 (UTC +04:00)

Cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR