Bank Of Baku

"Mastercard": Azərbaycanda son 7 ayda təmassız ödəmələr 8%-ə çatıb

"Mastercard": Azərbaycanda son 7 ayda  təmassız ödəmələr 8%-ə çatıb
# 23 avqust 2022 12:02 (UTC +04:00)

"Son 6-7 ayda Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8%-nə bərabər olub. Gələn il bu rəqəmin 40%-i keçməsini planlaşdırırıq”.

"APA-Economics" xəbər verir ki, bunu "Mastercard" beynəlxalq ödəmə şirkətinin Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru Avşar Gürdal deyib.

O qeyd edib ki, texnoloji həllərə, o cümlədən rəqəmsal ödəmələrə uyğunlaşma Azərbaycanda yüksək səviyyəddir. Azərbaycanda təmassız ödənişlərin artım dinamikasına görə bir çox ölkələrdən irəlidədir.

Avşar Gürdal əlavə edib ki, hazırda kartla ödənişlər ümumi ödənişlərin 20%-ni təşkil edir. Bunun da 50%-ə çatdırılması planlaşdırılır. Elektron ticarət isə aparılan ümumi əməliyyatların 30%-i civarındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR