Bank Of Baku

“Meqa Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinat olub

“Meqa Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinat olub
# 12 iyun 2023 09:56 (UTC +04:00)

“Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Məmmədxanov Tural Əhmədxan oğlu sığorta şirkətinin İdarə Heyətinə müvəqqəti üzv seçilib.

Hazırda həyat sığorta şirkətinin idarə heyəti Tural Məmmədxanovla birlikdə üç nəfərlə təmsil olunur - İH yeni təyin edilmiş sədri Emil Ağamaliyev və İH sədr müavini Cəmil Nəzərov.

Qeyd edək ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR