Mərkəzi Bank təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən edəcək

Mərkəzi Bank təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən edəcək
# 05 iyun 2023 11:18 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur.

"APA-Economics" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna təklif edilən əlavəyə əsasən, təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri AMB müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR