Mərkəzi Bank uzun müddət mənfi kapitalla işləyən "PARA" BOKT-la bağlı məsələyə aydınlıq gətirib

Mərkəzi Bank uzun müddət mənfi kapitalla işləyən "PARA" BOKT-la bağlı məsələyə aydınlıq gətirib
# 27 iyun 2024 09:52 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı “Para” Bank olmayan kredit təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin bir neçə ildir mənfi kapitalla işləməsi məsələsinə aydınlıq gətirib.

AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, BOKT 2017-ci ildə “Parabank” ASC-nin yenidən təşkili nəticəsində yaradılıb. Son hesabat tarixinə, “Para” BOKT ASC-nin BOKT-a çevrilmədən öncə olmuş depozit portfeli üzrə fiziki və hüquqi şəxslər qarşısında öhdəliyi olmasa da, müvafiq fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur. “Para” BOKT ASC tərəfindən 2021-ci il sentyabr ayından etibarən kreditləşmə fəaliyyəti həyata keçirilməmiş, fəaliyyəti əsasən müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına istiqamətlənən tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Qeyd edilib ki, “Para” BOKT ASC-nin sözügedən öhdəliklərinin icrası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aidiyyəti fondlarla koordinasiya edilməklə diqqət mərkəzində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR