Bank Of Baku

Mərkəzi Bank valyuta ehtiyatları ilə bağlı göstəriciləri korrektə edib

Mərkəzi Bank valyuta ehtiyatları ilə bağlı göstəriciləri korrektə edib
# 30 avqust 2022 15:35 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-aprel ayların üzrə valyuta ehtiyatları ilə bağlı göstəriciləri korrektə edib.

APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bank 2022-ci ilin yanvar ayı üzrə valyuta ehtiyatları üzrə göstəricini 7074. 1 mln. dollar (əvvəlki 7072.7 mln. dollar), fevral ayı üzrə 7159.9 mln. dollar (7158 mln. dollar), mart ayı üzrə 7138.4 mln. dollar (əvvəlki 7136.5 mln. dollar) olaraq düzəliş edib.

AMB aprel ayı üzrə olan göstəricini isə 7087.8 mln. dollar olaraq (əvvəlki 7085.8 mln. dollar) korrektə edib. Başqa sözlə, Mərkəzi Bank valyuta ehtiyatları ilə bağlı göstəricini yanvar ayı üzrə 1,4 mln. dollar, fevral və mart ayları üzrə 1,9 mln. dollar, aprel ayı üzrə isə 2 mln. dollar artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR