Bank Of Baku

Milli Ödəniş Sistemi ilə ötən il 218 mlrd. manatlıq ödənişlər həyata keçirilib

Milli Ödəniş Sistemi ilə ötən il 218 mlrd. manatlıq ödənişlər həyata keçirilib
# 24 yanvar 2022 16:39 (UTC +04:00)

Ötən il Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 217,662 mlrd. manat, sayı isə 70,75 mln. ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azalıb.

2021-ci il ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 183,76 mlrd. manat həcmində 1,11 mln əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 6% azdır.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ötən il 33,91 mlrd. manat həcmində 69,64 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 21,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR