2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat təşkil edib.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Əməkhaqqı neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 782,9 manat, özəl müəssisələrdə isə 886,4 manat olub.