Bank Of Baku

"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb

"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
# 30 iyul 2024 16:27 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR