Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 48% artıb

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 48% artıb
# 09 avqust 2024 10:03 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Dövlət Xidmətindən “APA-Economics”ə bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayı ərzində dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR