2021-ci ildə Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 235,28 mln. manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 31,1% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 24 mln. manatdan çoxu və yaxud 10,2%-i qısamüddətli, 211,27 mln. manatdan çoxu və yaxud 89,8%-i uzunmüddətli kreditlər olub.
Bu ilin yanvarın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 186 622-yə çatıb ki, bunun da 175 338-i və ya 94%-i aktiv hesablardır. Ötən il açılan 45 117 bank hesabının 45 075-i aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 yanvar 2022-ci il tarixə 1511 ədəd təşkil edib.
2021-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 119 mln. manatdan çox təşkil edib ki, bu da bir il öncəki göstəricini 33,2% üstələyir.