Bank Of Baku

Naxçıvanda nağdsız ödənişlərin həcmi 37%-dən çox artıb

Naxçıvanda nağdsız ödənişlərin həcmi 37%-dən çox artıb
# 21 aprel 2022 11:14 (UTC +04:00)

Bu ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılan bank hesablarının sayı 196 087-yə çatıb ki, bunun da 191 501-i və ya 97,7%-i aktiv hesablardır.
"APA-Economics" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayında açılan 14 009 bank hesabının 14002-si aktiv hesablar olub.
Rüb ərzində aparılan nağdsız ödənişlər 38,924 mln. manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 37,3% çoxdur.
Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 aprel 2022-ci il tarixə 1548 ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR