Bakı Ticarət Limanının buraxılış gücünün 25 milyon tona çatdırılması üçün işlər davam etdirilir.
“APA-Economics” xəbər verir ki, bunu bu gün “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bunun üçün tapşırıqlar verilib və müvafiq işlər görülür.
Rəhman Hümmətov həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükgötürmə qabiliyyətinin artırılması üçün işlər davam etdirilir.
“Xəzər Dəniz Gəmiçiliyi” Xəzər dənizində ən böyük donanmaya sahib olmaqla yanaşı, həm də beynəlxalq sularda aktiv inkişaf mərhələsinə qədəm qoyub və bu suallarda da donanmasını genişləndirir”- Rəhman Hümmətov əlavə edib.