"Bu gün vergi ödəyicilərinin sayı 1 milyonu keçib".
APA-nın məlumatına görə, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.
S. Ələkbərov deyib ki, bu ilin 5 ayına nəzər salsaq, dövlət büdcəsinə 3,138 mlrd. manatdan çox vergi daxilolmaları daxil olub: "Bu, proqnozdan 286,5 mln. manat, yəni 10 faizdən çoxdur. Keçən ilə nisbətən büdcəyə vergi daxilolmaları 262 mln. manat artıb. Ona görə də dövlət başçısı son çıxışlarında qeyd etdi ki, büdcəyə əlavə vəsaitlər daxil olub. Bu, neftdən daxil olan vəsait deyil, gömrükdən və başqa mənbələrdən daxil olan vergi və rüsumlar var. Bu, aparılan iqtisadi siyasəti, sahibkarlığı daha da inkişaf etdirməyə imkan verir".