Paşha Bank
Bank Of Baku

Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb

Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb
# 20 oktyabr 2026 11:42 (UTC +04:00)

Bu ilin 30 sentyabr tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 74 003 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” Fondun məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% və ya 3 842,7 milyon ABŞ dolları artıb.

Hesabat dövrünün sonuna Fondun investisiya portfelinin 34,7%-i istiqrazlar və pul bazarı alətlərinin, 25,8%-i səhmlərin, 32,8%-i qızılın, 6,7%-i isə daşınmaz əmlak və infrastruktur investisiyalarının payına düşüb.

Qızıl investisiyalarının həcmi 184,8 ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR