"Netflix" onlayn striminq xidməti şirkəti bu ilin I rübündə 200 min abunəçisini itirib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən dinamika şirkətin bundan əvvəl abunəçilərin 2,5 mln. artacağına dair proqnozuna qarşı müşahidə olunub. Müştəri bazasında əhəmiyyətli azalmanın əsas səbəbi kimi ödənişli abunə alan istifadəçilərin sayının azalması göstərilib.
Qeyd edək ki, abunəçilərin sayının kəskin azalması fonunda, şirkətin səhmlərinin dəyəri 25,7% azalıb. "Netflix" bildirib ki, şirkət ödənişli abunəçilərin sayının azalması səbəbindən yayım xidmətinin reklamlarla daha ucuz versiyasını yaratmağı planlaşdırır.