NMR-da ümumi daxili məhsul istehsalı 99 mln. manatdan çox olub

NMR-da ümumi daxili məhsul istehsalı 99 mln. manatdan çox olub
# 04 mart 2024 15:02 (UTC +04:00)

2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 99 milyon 429 min 700 manat olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 212,1 manat olub. Muxtar respublikada yanvar ayında 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu rəqəm isə 2023-ci ilin müvafiq dövründəki göstəricini 20,6 faiz üstələyib.

Eyni zamanda, cari ilin yanvar ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyon 58 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 54,7 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR