Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 mlrd. manata çatıb.