Bank Of Baku

"Optimal Finance BOKT" MMC-nin maliyyə vəziyyəti bəlli olub - HESABAT

"Optimal Finance BOKT" MMC-nin maliyyə vəziyyəti bəlli olub - HESABAT
# 12 iyun 2023 10:51 (UTC +04:00)

“Optimal Finance BOKT” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə təşkilatın xalis mənfəəti 2021-ci illə müqayisədə 6 dəfə artaraq 423 min 990 manat təşkil edib. 2021-ci ildə təşkilat 70 min 660 manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın kredit portfeli əvvəlki illə müqayisədə 11.6% artaraq 2 milyon 266.4 min manat, faiz gəlirləri isə 2.7 dəfə artaraq 984.7 min manat təşkil edib. Bu dövrdə təşkilatın əməliyyat mənfəəti 436 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 6.2 dəfə çoxdur.

2022-ci ildə “Optimal Finance BOKT”un cəmi aktivləri 41% və ya 1 milyon 30.8 min manat artaraq 3 milyon 550.9 min manat, cəmi öhdəlikləri isə 4.3% və ya 93.1 min manat azalaraq 2 milyon 56.3 min manat təşkil edib.

Ötən il təşkilatın nizamnamə kapitalı 700 min manat artırılaraq 1 milyon manat çatdırılıb. Bu dövrdə təşkilatın cəmi kapitalı 1 milyon 494,6 min manat olub ki, bu da illik müqayisədə 4 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR