Bank Of Baku

Ötən ay gömrük daxilolmaları 473 mln. manatdan çox olub

Ötən ay gömrük daxilolmaları 473 mln. manatdan çox olub
# 12 fevral 2024 09:26 (UTC +04:00)

2024-cü ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları 6.5% azalaraq 473 milyon 728.4 min manat təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 136 milyon 951.8 min manat (ötən ilin eyni dövrünə nisbətən 12.3 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 314 milyon 877.5 min manat (13.9% az), aksizlər üzrə daxilolmalar 18 milyon 507.3 min manat (24.7% çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 391.8 min manat (23.7% az) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR