2022-ci ildə Azərbaycanda xidmət sahələri üzrə əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 198 mln. 380.1 min manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 26% və ya 69 mln. 768 min manat azdır. 2021-ci ildə xidmət sahələri üzrə əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 268 mln. 148.3 min manata bərabər olub.
Qeyd edək ki, ötən il bütün mənbələrdən xidmət sahələri üzrə əsas kapitala qoyulmuş ümumi investisiyaların həcmi 6 mlrd. 735 mln. 535 min manat təşkil edib.