Bank Of Baku

Ötən il ƏDV-dən azad edilən idxalın həcmi 43% artıb

Ötən il ƏDV-dən azad edilən idxalın həcmi 43% artıb
# 06 mart 2024 10:52 (UTC +04:00)

2023-cü ildə Azərbaycanın ümumi idxalı 2022-ci illə müqayisədə 18.9% artaraq 17 milyard 285.3 milyon ABŞ dolları təşkil edib.

APA-Economics” Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycanın ümumi idxalının 56.14%-i ( 9 mlrd. 703 mln. dollar) idxal gömrük rüsumundan, 23.20%-i ( 4 mlrd. 10.7 mln. dollar) isə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın gömrük rüsumundan azad edilən idxalın dəyəri əvvəlki illlə müqayisədə 17.5% və ya 1 milyard 447.2 milyon dollar, ƏDV-dən azad edilən idxalın dəyəri isə 43.5% və ya 1 milyard 215,7 milyon dollar artıb.

Əlavə edək ki, ötən il gömrük rüsumuna cəlb edilən idxalın həcmi əvvəlki illə müqayisədə 20.7% və ya 1 milyard 298.4 milyon dollar artaraq 7 milyard 582 milyon dollara, ƏDV-yə cəlb edilən idxalın həcmi isə 13% və ya 1 milyard 529.9 dollar artaraq 13 milyard 274.7 milyon dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR