Bank Of Baku

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə fevralda 8,4 mln. manat vəsait daxil olub

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə fevralda 8,4 mln. manat vəsait daxil olub
# 11 mart 2022 18:00 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fevral ayı ərzində 3 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi, 3 kiçik dövlət müəssisəsi, 46 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 24 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 10 onlayn qoşulma reallaşıb.

Fevral ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,62 mln. manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti ötən ay ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 264 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 95-i qeyri-yaşayış sahələri üzrə, 169-u isə torpaq sahələrinə dair olub. 2021-ci ilin fevral ayı ilə müqayisədə 172 ədəd və ya 2,9 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 1,74 mln. manatdan artıq vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, fevral ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 mln. manata yaxın vəsait büdcəyə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR