Bank Of Baku

Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb

Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb
# 09 avqust 2021 12:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, bu gün Azərbaycanda platinin bir unsiyasının qiyməti 1 661,0275 manat (977,075 ABŞ dolları) təşkil edib ki, bu da cari il ərzində qeydə alınmış ən aşağı göstəricidir.

"APA-Economics"in AMB-nin məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə platinin bundan aşağı dəyəri 2020-ci ilin 30 noyabr tarixində qeydə alınmışdı – 1 633,547 manat (960,91 dollar).

Qeyd edək ki, dünya bazarlarında platinin qiymətinin azalması COVID-19-un yeni "Delta" ştamının yayılması ilə bağlıdır. Bundan əlavə, çiplərin qıtlığı səbəbindən dünyada avtomobil istehsalının azalması platinə tələbi azaldaraq qiymətli metalın fevral ayından bəri 20% ucuzlaşmasına səbəb olub.

Hazırda NYMEX əmtəə birjasında platinin bir unsiyası 965-971 dollara ticarət olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR