Pomidor istehsalçısı kapitalını 4,6 milyon manat azaldıb

Pomidor istehsalçısı kapitalını 4,6 milyon manat azaldıb
# 15 avqust 2022 18:08 (UTC +04:00)

Azərbaycan pomidor istehsalçısı olan “Agroterm” MMC nizamnamə kapitalını azaldıb. MMC nizamnamə kapitalını 4 620 690 manat məbləğində azaldılmasını qərara alıb.

Şirkətin qanuni təmsilçisi və baş meneceri Elmar Əliyev "APA-Economics"ə bildirib ki, nizamnamə kapitalının azaldılması investorların öz vəsaitlərini geri çəkməsi ilə bağlıdır. Bununla belə şirkət fəaliyyətini olduğu kimi davam etdirir.

Qeyd edək ki, “Agroterm” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və əsasən xaricə pomidor ixracı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR