Bank Of Baku

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

PUA-lara əlaqədar yeni dövlət rüsumları  müəyyənləşir
# 09 aprel 2025 17:00 (UTC +04:00)

Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR