Bank Of Baku

Rublun manata qarşı məzənnəsi 9 aylıq minimuma enib

Rublun manata qarşı məzənnəsi 9 aylıq minimuma enib
# 24 yanvar 2022 16:01 (UTC +04:00)

Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0220 manat (1 manat/ 45,45 rubl) təşkil edib ki, bu da ötən ilin aprel ayının 12-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in verdiyi məlumata görə, rublun təkcə manata və ABŞ dollarına qarşı deyil, həm də digər valyutalara qarşı məzənnəsi neftin bahalşmasına baxmayaraq, geosiyasi xəbərlər fonunda enir. Ötən həftə Rusiya Maliyyə Nazirliyi hətta bazarda volatilliyin artması səbəbindən federal istiqrazların hərracını ləğv edib.

Bundan əlavə, rublda olan dövlət istiqrazlarının gəlirliliyi 9,5%-dən artıq olsa da, investorlar onlara ciddi maraq göstərmir. Hazırda Moskva birjasında 1 dollar 78,80 rubla ticarət olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR